“Ədəbsizlik birbaşa Türkiyə dövlətinə qarşı yönəldiyindən…” – DEPUTAT

“Öncə Almaniyanın, indi də Hollandiyanın Türkiyəyə qarşı demokratiya fəlsəfəsinə tamamilə zidd olan addımlarına görə xüsusi narahatçılığıa əsas vermir. Əslində bunu Türkiyənin siyasi baxımdan faydasına olan bir siyasətə çevirmək imkanları Türkiyə hökumətinin öz əlindədir”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Fazil Mustafa öz “Facebook” statusunda qeyd edib.

Statusu olduğu kimi, təqdim edirik:

bayraq

almanya-bayragi-1-534x374

holland

“Gizli şəkildə terroru dəstəkləmək siyasətindən açıq formada Türkiyə dövlətinə qarşı düşmənçilik siyasətinə keçid Avropanın bütün kollektiv qurumlarını iflic vəziyyətə salacaq. Artıq Avropa Parlamenti, AŞPA, ATƏT müstəvisində qəbul olunan qərarları demokratik prinsipləri qorumaq adı altında sırımaq xeyli çətinləşəcək.

Məsələ referendumla bağlı deyil, heç Ərdoğanla da bağlı deyil, bu düşmənçilik və ədəbsizlik birbaşa Türkiyə dövlətinə qarşı yönəldiyindən, heç şübhəsiz ki, Türkiyə bunun cavabını miqrantlarla bağlı siyasətdə kəskin dəyişikliklərlə verəcək.

Unutmaq lazım deyil ki, Avropanın üz tuta biləcəyi tək normal və demokratik müsəlman ölkəsi Türkiyə idi, artıq bu imkanın itirilməsi ən çox özlərinin ziyanına olacaq. Burada Türkiyə hakimiyyətinə və ya müxalifətinə simpatiya bəsləməni bir tərəfə buraxıb, qardaş Türkiyə dövlətini, dolayısıyla da Azərbaycanın maraqlarını dəstəkləməmiz daha doğru olardı.

Çünki PKK-nı dəstəkləməklə Azərbaycan torpaqlarını işğal etmiş erməniləri dəstəkləmək arasında ciddi bir fərq yoxdur. Və illərdir Avropa ölkələrinin bir çoxu məhz bunu edir”.

Etikxeber.az

Read Previous

“ÇAVUŞOĞLUNUN TƏYYARƏSİ” – Deputat yazır

Read Next

“Yapı Kredi Bank Azərbaycan”ın “İnşaatçılar” filialı və “Muğanbank”ın “Biləsuvar” filialına verilmiş icazələr ləğv edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir