Ədliyyə Nazirliyindən bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına-MÜRACİƏT

Ədliyyə Nazirliyi bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə səmərəli bələdiyyə idarəetməsinin həyata keçirilməsi, habelə 2021-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin mövcud problemləri ilə əlaqədar qaldırılmış məsələlərlə bağlı Ədliyyə Nazirliyi 2022-ci ilin aprel ayında Prezident Administrasiyasına məktub ünvanlayıb.

Məktubda ölkənin yerli özünüidarəetmə sistemində islahatların aparılması, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrin sayının azaldılması, onların səlahiyyət və imkanlarının genişləndirilməsi və s. deputatların təklifləri qeyd olunub.

Etikxeber.az

Read Previous

“WhatsApp”da statusa səsli mesaj yerləşdirmək-MÜMKÜNLƏŞDİ

Read Next

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 6,5 milyard manat yönəldilib-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir