“Əgər günahkar biziksə, biz cavab verək…Yox, əgər o, yalan deyirsə, o, cəzalandırılsın”-MEHRİBAN VƏLİYEVADAN DEPUTATA SƏRT CAVAB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deputat Etibar Əliyevin idarənin müdir müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olması barədə səsləndirdiyi iddialara münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, idarə müdiri jurnalistlərə açıqlamasında deyib ki, belə əsassız iddiaların rəsmi şəxs tərəfindən səsləndirilməsi təəssüf doğurur.

“Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər hər hansı bir əsası varsa, biz hazırıq. Bunun üçün hüquq mühafizə orqanları var, rəsmi qurumlar var. Ora müraciət edib, məsələnin həllinə yönəlməlidirlər. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi deyə bilərəm, iddia edə bilərəm. Hesab edirəm ki, iddialar əsaslı olmalıdır. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər günahkar biziksə, biz cavab verək. Yox, əgər o, yalan deyirsə, o, cəzalandırılsın” – deyə, o, qeyd edib.

M. Vəliyeva eyni zamanda, məktəblərdə valideynlərə forma seçimi ilə bağlı təzyiqlər olması məsələsinə münasibət bildirilib.

Qeyd edib ki, heç bir təzyiqdən söhbət gedə bilməz.

“Nazirlər Kabinetinin qərarında məktəbli geyimlərinin forması, rəngləri qeyd edilib. Şagirdlərinin sağlamlığına, rahatlığına xidmət edən bir qərardır. Hər bir kəs qərarlara riayət etməlidirlər. Təhsil müəssisələri pedaqoji şuranın qərarı ilə 3 il müddətinə rəng seçə bilirlər. Başqa bir təzyiqdən söhbət gedə bilməz. Valideynlər əlbəttə ki, məktəbin qərarına riayət edərək, rəng seçiminə uyğun övladlarını geyimlə təmin etməlidirlər. Bu, şagirdlərimizin inkişafına müsbət təsir edəcək amildir. O səbəbdən mən düşünürəm ki, heç bir təzyiq olmadan bu istiqamətdə fəaliyyətə keçəcəyik. Olar bilər ki, tədris ilinin sonunda, ola bilər avqust ayında keçiriləcək pedaqoji şuralarda forma seçimi ilə bağlı qərar veriləcək” – deyə, o, bildirib.

Etikxeber.az

Read Previous

“Əsas məsələ 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır…”-PUTİN ƏLİYEVLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – AZƏRBAYCAN PREZİDENTİNİN TÜRKMƏNİSTANA SƏFƏRİ BAŞA ÇATDI – FOTO – YENİLƏNİB

Read Next

Mehmanxananın fəaliyyəti məhdudlaşdırıldı-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir