Ərdoğanın oğlu Gəncədə Nuru Paşanın ev-muzeyində – FOTOLAR

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində iyulun Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.

Etikxeber.az xəbər verir ki, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin – Nağı bəy Şeyxzamanlının evi olub.

Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.

Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqas İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.

bilalll

bilalll-1

Etikxeber.az

Read Previous

Dolu düşəcək… – SABAH

Read Next

Dizindəki zədəsi karyerasını bitirdi: “FUTBOLDAN GEDİRƏM”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir