Əslən Şamaxıdan-Qaravəllidən olan, Xabarovskda dünyaya gələn, Sumqayıtda yaşayan və 33 yaşında Şəhidlik məqamına ucalan-BİR ÖVLAD ATASI-“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ FARİZ ŞIXƏLİYEV… – FOTOLAR

Bu gün, 19 dekabr tarixində Sumqayıtda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (Nasosnı”) daha bir İkinci Vətən Müharibəsi Şəhidimizin, evin-ailənin 3 övladından biri, ali təhsilli hərbi həkim, bir övlad atası, peşəkar hərbçi, Gizir Fariz Şahverdi oğlu Şıxəliyevin ailəsinin-valideynlərinin yaşadığı evi ziyarət etdim.

Qeyd edim ki, Fariz Şıxəliyevlər ailəsinin böyük övladı olub və keçmiş SSRİ-nin (indiki Rusiyanın) Xabarovsk Vilayətində dünyaya gəlib.

Sonra ailəsi, valideynləri ilə birlikdə Azərbaycana, öz doğma yurdlarına-Şamaxıya-Qarvəlli kəndinə, oradan isə Sumqayıta gəliblər, Sumqayıtda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayıblar.

Hazırda da Şəhidimizin valideynləri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayırlar.

Şəhidimizin nəşi isə Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilən Şəhidimiz bu ilin noyabr ayında Ali Baş Komandanın növbəti Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Haqqıdır, Haqqı olanı da qanı, canı bahasına qazanıb.

***

Bu gün öncə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Şəhidimizin adını daşıyan “Şəhid bulağı”nı ziyarət etdim.

Bu bulağı Şəhidimizin ailəsi öz şəxsi vəsaiti hesabına tikdirib.

Bu yerdə qeyd edim ki, Qaravəlli kəndində də Şəhidimizin adını daşıyan “Şəhidlər bulağı” tikilib və Anım Günündə, bu ilin oktyabrın 29-da izdihamlı açılışı olub.

Sonra Şəhidimizin valideynlərinin yaşadığı evi, ocağı ziyarət etdim.

Şəhidimizin atası Şahverdi kişiyə bir daha başsağlığı verdim, bir daha ona və həyat yoldaşına, Fariz Şıxəliyevin əzizlərinə Allahdan səbr dilədim…

Qələbə və Zəfər Şəhidlərimizdən biri kimi Fariz Şıxəliyevin baş tacımız, and yerimiz olduğunu bildirdim…

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Farizin də, Farizlərin də var olduğunu, olacağını, ruhən, mənən yaşadığını, yaşayacağını, qəlblərdə qaldığını, qalacağını bildirdim…

Ruhu şad, məkanı cənnətlik, məqamı Uca olsun, Şəhidimizin!

Nur içində yatsın, cəmi 33 yaşında Şəhidlik məqamıma ucalan Nur üzlümüz, Vətən sevdalımız!

***

FOTOLAR:

HACI ZEYNALABDİN TAĞIYEV QƏSƏBƏSİNDƏ DAHA BİR “ŞƏHİDLƏR BULAĞI”…

BU BULAĞI İSƏ ƏSLƏN QƏRBİ AZƏRBAYCANLI, GÖYÇƏ MAHALINDAN OLAN VƏ QAÇQIN, DİDƏRGİN KİMİ İLLƏR ÖNCƏ BU QƏSƏBƏYƏ PƏNAH GƏTİRƏN AĞBİRÇƏK, MƏLƏK SİMALI, 70 YAŞLI MƏRYƏM ANA, MƏRYƏM KAZIMOVA TİKDİRİB…ÖZ ŞƏXSİ VƏSAİTİ, ALDIĞI PENSİYA, TƏQAÜD HESABINA…

GÖZƏL ÜRƏYİN VAR, ŞƏHİDLƏRİMİZİN RUHU DAİM KÖMƏYİN OLSUN, MƏRYƏM ANA!

MİN YAŞA!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-921 nəfər – DAHA 17 ÖLÜM…

Read Next

“Axırıncı dəfə Şəhidliyindən cəmi saatlar öncə oğlumla danışdım və dedi ki…”-4 MEDALLI, ƏFSANƏVİ XTQ-ÇI – ŞƏHİD İLKİN ABDULLA OĞLU MƏMMƏDOVUN ANASI OFELİYA MƏMMƏDOVA … ŞƏHİDİMİZİN ARZUSU ÇİN OLACAQMI, SARAY QƏSƏBƏSİNDƏ İDMAN ZALININ AÇILMASI ÜÇÜN TORPAQ SAHƏSİ AYRILACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir