10 il şərəfli hərb və döyüş yolu keçmiş, Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, “Qisas” və antiterror əməliyyatlarının iştirakçısı olmuş, hələ də bir sıra sıxıntılar işində yaşayan-AQİL MƏZAHİR OĞLU HÜSEYNOV… – FOTOLAR

Aqil Məzahir oğlu Hüseynov…

1986-cı il, 1 dekabr doğumludur…

Goranboylu, Qızılhacılı qəsəbə sakinidir…

Evin-ailənin 6 övladından biridir…

Ailəli, üç övlad-iki qızı və bir oğul atasıdır…

Hər iki qızı orta məktəb şagirdidir…

Oğlu-balaca Məzahir isə 5 yaşındadır, iki dəfə ürək əməliyyatı keçirib, səhhətində hələ də problemlar var…

Özü hazırda Ağdamda müvəqqəti bir işdə-fəhlə kimi çalışsa da, həyat yoldaşı evdar xanımdır, işsizdir…

Aqil həm də peşəkar hərbçidir, daha doğrusu, 2023-cü ilin sonlarına qədər hərbçi kimi fəaliyyət göstərib…

Hərb yolu isə nə az-nə çox, düz 10 il olub, 10 il çəkib…

Orta məktəbi bitirdikdən az müddət sonra, 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub, düz 9 il sonra, 2014-cü ildən isə yenidən həyatını hərb, Ordu ilə bağlayıb, tankçı kimi fəaliyyət göstərib…

2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin tarixi 44 günlk İkinci Vətən Müharibəsində, “Qisas” və sonuncu, 2023-cü il antiterror əməliyyatlarında iştirak edib…

Aprel döyüşlərində ağır şəkildə yaralanıb, ölümdən dönüb…

Müalicə-müayinə alsa da, hətta əllik dərəcəsi təklif olunsa da, yenə də hərb həyatına davam edib bir Vətən sevdalısı kimi…

44 günlük tarixi İkinci Vətən Müharibəsində kontuziya alıb, amma yolundan dönməyib…

2023-cü ilin sonlarına kimi Vətəninə qulluq edib, Vətəninin keşiyində dayanıb…

Və sonra Ordu, hərb ilə yollarını ayırıb…

Müdafə nazirinin əmri ilə “Azərbaycan Ordusun 100 illiyi” yubiley medalı, ölkə Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, Baş nazirin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medallarıyla təltif olunub…

Hansı ki, medalları daha çox ola bilər(di)…

Daha çox medalları Haqq edir Vətən sevdalısı Aqil Hüseynov…

Və yuxarıda da qeyd etdiyim kimi, Aqil ailəli, 3 övlad atasıdır, özü də müvəqqəti bir işdə çalışır, xanımı isə heç bir yerdə işləmir…

Həm də kiçik övladının, oğlunun səhhətində problem var, iki dəfə ürək əməliyyatı keçirib…

Aqil həm də uzun illərdir Qızılhacılı qəsəbəsində, 2 saylı orta məktəbin yaxınlığında öz zəhməti hesabına tikdirdiyi, amma tam başa çatdıra bilmədiyi, şəraitsiz, soyuq evdə yaşayır…

Çünki maddi durumu, vəziyyəti imkan vermir evini, ocağını tam düzəldib başa çatdırmağa…

Üstəlik banka da borcu var…

Odur ki, səlahiyyətli qurumlar, xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi, “YAŞAT” Fondu əllilik dərəcəsi olmasa belə, şərəfli hərb və döyüş yolu keçmiş Vətən sevdalısı Aqil Hüseynovun ailəsi, yaşayış vəziyyəti, durumu ilə maraqlanmalı, öz imkanları daxilində ona əl uzatmalı, kömək, yardım etməlidir…

Ən azı və ən azı evinin-ocağının tam düzəldilib, başa çatdrılmasına köməklik göstərilməlidir…

İnanmaq istəyirik ki, belə də olacaq, həm Vətən sevdalısı Aqil Hüseynovun, həm də ailəsinin tezliklə üzü güldürüləcək!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Read Next

COP29-un Təşkilat Komitəsi yaradıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir