12 yanvar 2022-ci il…Quba, Mirzəməmmədkənd kəndi…AİLƏNİN TƏK OĞLU, CƏMİ 18 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALMIŞ MİQDAD ADBULƏLİMOVUN OCAĞI… – FOTOLAR – YENİLƏNİB

12 yanvar 2022-ci il…

Quba, Mirzəməmmədkənd kəndi…

İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Faiq oğlu Abduləlimovun yaşadığı ev, ata ocağı…

Evin-ailənin 3 övladından biri, tək və subay oğul, 3 medallı Miqdad Abduləlimov

Tərtər-Ağdərə istiqamətində və müharibənin elə ilk günündə, sentyabrın 27-də canını Vətən yolunda fəda etmiş Vətən sevdalısı…

Bir ovuc KÜLü…dəfn edilmiş İgid, Qəhrəman Vətən övladı…

Bir neçə saatdır ki, cəmi 18 yaşında Şəhidlik məqamına ucalmış Nur üzlü Vətən sevdalımızın ocağındayam…

…Və qeyd edim ki, ilk dəfədir bu müqəddəs ocaqdayam, ziyarətgahdayam…

Şəhidimizin valideynləri-özü kimi Nur üzlü, Qəhrəman valideynləri – anası Tünzalə xanım, atası Faiq bəy, bacısı və ailə üzvləri, eləcə də “Vətən naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin üzvü Rafiq Xəlil ilə bir yerdəyəm…

Öncə bir daha Şəhidimizin ailəsinə, acılı, kədərli, həm də Məğrur və Qürurlu valideynlərinə, bacısına başsağlığı verdim, bir daha onlara Böyük Yaradandan səbr dilədim, bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun”-dedim…

…Və Şəhidimizin ailə üzvləri ilə bir daha dərdləşdim, bir daha söhbətləşdim…

…Və onlarla bir yerdə olmaqdan, söhbətləşməkdən…Qürurlandım, Fəxarət hissi keçirdim…

…Və bir daha Şəhidimizlə, 44 günlük Vətən Müharibəsində, tarixi Qələbə və Zəfərimizdə xidmətləri olmuş Vətən sevdalımızla, cəmi Şəhidlərimizlə Fəxr etdiyimizi, Qürur duyduğumuzu, onlara bir ömür boyu borclu olduğumuzu bildirdim…

Bəli, bir ömür boyu Miqdada və Miqdadlara, onları bu Vətən üçün yetişdirmiş valideynlərə borcluyam, borcluyuq…

Onlara olan BORCumuz heç zaman bitməz və bitməyəcək, ödənməz və ödənməyəcək…

Onlardır bizə, bizlərə Qalib Azərbaycanı bəxş edənlər, onlardır dağlı-aranlı Qarabağı bütövləşdirənlər, Vahid Azərbaycan edənlər…və onlardır adlarını tarixə QIZIL HƏRFLƏRlə həkk etdirənlər…

Onlardır müqəddəs AND yerimiz, onlardır baş TACImız…

Onlardır RUHumuz…,onlardır bizi gələcəyə RUHLANDIRANımız

Miqdad Abduləlimov da daxil olmaqla, hər birinin ruhu qarşısında baş əyirəm, baş əyirik!

Bir daha məqamı, məqamları Uca olsun, məzarı, məzarları Nurla dolsun!

Nur içində yatsın, Nur içində yatsınlar!

Allah ailəsinə, cəmi Şəhid valideynlərinə səbr, dözüm, güc və qüvvət versin!

Azərbaycan var olduqca, üç rəngli bayrağımız dalğalandıqca, Miqdad da, Miqdadlar da var olacaq, mənən, ruhən yaşayacaqlar!

FOTOLAR:

12:33

***

QUBALI ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİMİZ…

BƏDƏNİNDƏ 600-DƏN ÇOX QƏLPƏ OLAN 11 İLİN HƏRBÇİSİ, MAXE, QAZİ, 4 MEDALLI ŞUŞA FATEHİ, ƏSLƏN QUBALI, HAZIRDA XAÇMAZDA YAŞAYAN ZEYNAL MƏMMƏDOV…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

12.01.2022, Quba, Mirzəməmmədkənd

Etikxeber.az

Read Previous

Bəzi rayonlarda qar yağacaq-SABAH

Read Next

Daha 645 yeni yoluxma-DAHA 9 NƏFƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir