Ramazan ayı ilə mərhəmət qapıları sona qədər açılır. İnsanlar arasında həmrəylik və yardımlaşma artır, birlik və bərabərlik hissləri güclənir. Hörmət, sevgi, səbir və qardaşlıq güc qazanır.Biz də Ramazan bayramı günlərində Bərdə sakinlərini ziyarət edərək bayramlarını təbrik etdik.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım qeyd edib.
“Bərdə rayonunda yaşayan şəhid ailələri və qazi ailələri ilə yanaşı 180 ehtiyacı olan ailəyə Ramazan bayramı münasibətilə bayram sovqatları paylanıldı.Ramazan bayramınız mübarək!”-deyə, o, əlavə edib.




Etikxeber.az