1992-ci ilin Şəhidi Şəhid sayılmır VƏ YA ŞƏHİD ANASINA NİYƏ MÜAVİNƏT VERİLMİR?

Mahir Sabir oğlu Dosiyev…

Birinci Qarabağ Savaşının iştirakçısı və Şəhidi…

Mahir əfsanəvi Goranboy batalyonunun döyüşçülərindən olub…

1968-ci ildə Goranboyun Qızılhacılı qəsəbəsində, zəhmətkeş bir ailədə dünyaya gələn Mahir 1992-ci ildə Vətən sevdalılarından, Goranboy igidlərindən, könüllülərdən formalaşdırlan Goranboy batalyonuna qoşulub və döyüşlərə atılıb, ölümlərdən dönüb…

Və 1992-ci ilin iyunun 1-də həlak olub, Şəhidlik məqamına uclalıb…

Elə 1992-ci ilin iyunun 1-də də Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında, Şəhid-Milli Qəhrəman Yunis Əliyevin yanında dəfn edilib…

Sonradan Şəhidliyi ilə bağlı ailəsinə müavinət kəsilib, anası Ceyran Dosiyeva uzun illər həmin müavinəti alıb…

Amma bir neçə ildir ki, həmin müavinət Şəhid anasına verilmir və bu haqda da səbəb göstərilmir…

Eyni zamanda, Şəhid ailəsinə bugünədək 11 min manatlıq sığorta pulu da verilməyib…

Şəhid anası Ceyran Dosiyevanın dediklərindən:

“Oğlum Vətən torpaqları uğrunda Şəhid olub…Özü də müharibəyə, döyüşlərə könüllü getmişdi…Kiminsə istəyi ilə yox, öz istəyilə, könüllü getmişdi… Və 1992-ci ilin iyunun 1-də də Şəhidliyi xəbəri gəldi…Bir ana üçün övlad acısı nə qədər ağır, əzablı olsa da, oğlumla fəıxr edir, qürur duyuram…Oğlum Şəhid olandan sonra müavinət kəsildi, adıma kitabça da açıldı və uzun üddət həmin müavinəti aldım…Amma neçə ildir ki, həmin müavinəti vermirlər, həm də səbəbini demirlər…Həmçinin, 11 min manatlıq sığorta pulunu da almamışam, almamışıq…Bəli, övladımın Şəhidliyi, Şəhidlik adı mənim hər şeydən ucadır, əzizdir, amma bununla belə, bir Şəhid anası kimi haqqımın tapdalanmasını da doğru hesab etmirəm…Yaşlı adamam, üstəlik də səhhətim yerində deyil… Ona görə çox istərdim ki, aidiyyatı orqanlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni araşdırsın və ədalətli qərar versin…İnanıram ki, belə də olacaq, haqqım bərpa olunacaq”.

Hər halda, uzun-uzadı izahata ehtiyac yoxdur, hər şey ortadadır…

İnanmaq və ümid etmək istərdik ki, Şəhid anasına qarşı edilmiş bu haqsızlıq gec də olsa, aradan qaldırılacaq və adıçəkilən problem öz müsbət həllini tapacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki sərhədçi həlak olub-DSX

Read Next

Azərbaycanda bir həftəlik tətil-BAŞA ÇATDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir