20 yaşının tamamından cəmi 4 gün sonra Şəhidlik məqamına ucalan-GORANBOYLU ƏLİ İSMAYILOV – BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL KEÇİR…

Goranboy rayonunun Şəhidlərindən olan Əli Vaqif oğlu İsmayılovun bu gün Anım Günüdür.

Əli İsmayılovun Əbədiyyətə uğurlanmasından 3 il keçir.

Etikxeber.az xəbər verir ki, əslən Gədəbəy rayonunun Şınıx bölgəsindən olan Əli İsmayılov 2001-ci ilin mart ayının 21-də, Novruz bayramında Goranboy rayonunun Qaradağlı kəndində, Qazi ailəsində dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin sonbeşiyi olub.

Əlinin atası Vaqif İsmayılov müharibə-Birinci Qarabağ Savaşının iştirakçısı olub, 2-ci qrup müharibə, Qarabağ əlilidir.

Əli 2007-2018-ci illərdə Goranboy rayon M. Səfərov adına Qaradağlı kənd tam orta məktəbində təhsil alıb və orta məktəbi qurtardıqdan sonra, 2018-ci ildə Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub.

Lakin 2019-cu ildə təhsilini dayandıraraq həqiqi hərbi xidmətə yollanıb, Ağcabədi rayonu istiqamətində “N” saylı hərbi hissədə xidmət edib.

Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb, Ağdam  Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib.

Müharibədən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Eyni zamanda, müharibədən sonra Ağdam istiqamətində “N” saylı hərbi hissədə xidmətini davam etdirib və axırıncı dəfə ailəsi ilə 2021-ci ilin fevralın 26-sı-axşam saatlarında əlaqə saxlayıb.

Fevralın 26-dan 27-nə keçən gecə isə Ağdamın Şelli kəndi istiqamətində bir neçə hərbi qulluqçumuzla birlikdə yaralanıb.

Bir aya yaxın Bakı şəhərində yerləşən Hərbi Hospitalda koma vəziyyətində qalıb, ancaq Onun həyatını xilas etmək mümkün olmayıb.

Mart ayının 25-də, 20 yaşının tamamından cəmi 4 gün sonra Şəhidlik məqamına ucalıb və nəşi elə həmin gün Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Cəmi 20 yaşında Şəhidlik məqamına ucalan Əli həm də subay olub.

Hazırda ailəsinin yaşadığı küçə Onun adı daşıyır.

Bununla yanaşı, ailəsi övladlarının “Cəsur döyüşü”  “Ağdamın azad olunmasına görə” medalları ilə də təltif olunmasını istəyirlər.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər “fake” və dezinformasiyadır”-MSN

Read Next

Azərbaycanda terror aktları planlaşdıran şəxslər ifşa olundu-DTX MƏLUMAT YAYDI – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir