“2016-cı il əslində bir qədər gərgin başlasa da…” – XALQ ARTİSTİ

“2016 -cı il əslində bir qədər gərgin başlasa da, daha sonra həyatımda xoş və sevindirici anlar yaşadım. Ali Atesttasiya Komissiyası tərəfindən mart ayının 18-də Professor elmi adım təsdiq olundu və sentyabr ayının16-da diplomu aldım. May ayının 7-də Prezident təqaüdünə layiq görüldüm”.

Etikxeber.az-ın məlumatına görə, bunu Xalq artisti Bəsti Cəfərova deyib.

“Daha sonra qızım Fidanın ad günü ərəfəsində son imtahanını verərək Universitetdə təhsilini bitirdi və noyabr ayında diplomunu aldı. Vaxtaşırı öz sevincimi sizinlə paylaşmaq ehtiyaci duyurdum. Sizdən aldığım təbriklər məni çox xoşbəxt edirdi. Səhifəmə göndərdiyiniz güllər çox ətirli, göndərdiyiniz şirniyyat çox dadlı idi. Mənə göstərdiyiniz diqqətə görə hamınıza təşəkkür edirəm. Yeni ilin gəlməsinə düz 10 gün qalıb. Bir qədər tez də olsa hamınızı qarşıdan gələn Yeni 2017-ci il münasibəti ilə təbrik edirəm. Qoy bu yeni il hər evə xoşbəxtlik gətirsin. XOŞBƏXT OLUN!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda 5 adda dərman vasitəsinin istifadəsinə qadağa qoyulub

Read Next

“ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ…” – Elxan Şahinoğlu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir