2019-cu ilin büdcəsinə dəyişikliklər qəbul olundu…

Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti plenar  iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişik barədə qanun layihəsi sonuncu-üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişikliklə, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılır.

Eyni zamnada, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Spiker Bahar Muradovaya niyə minnətdarlıq etdi? – YENİLƏNİB – (1)

Read Next

Əmək pensiyaları ilə bağlı dəyişiklik yenidən müzakirələrə səbəb oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir