21 yeni-YOLUXMA…

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Etikxeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 237 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.

Ölkədə son sutka ərzində 4 453, hazırkı dövrədək isə 6 743 461 test aparılıb.

Etikxeber.az

Read Previous

Sağ ayağının iki barmağı kəsilən, “Cəsur döyüşçü” medallı, heç bir yerdə işləməyən-QAFUR HÜSEYNLİNİN ƏLİLLİK DƏRƏCƏSİ VERİLƏCƏKMİ, QAZİLİK HAQQI TANINACAQMI? – FOTOLAR

Read Next

Fransada seçkilərin ikinci turu olacaq: MAKRONLA LE PEN MÜBARİZƏ APARACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir