Ölkə prezidenti İlham Əliyev Gülağa İslamovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Qeyd edək ki, G. İslamov 1995-ci ildən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.
Etikxeber.az