48 mənzilli yaşayış binası tikiləcək – SƏRƏNCAM

Qobustan şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayrılıb.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev “Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Etikxeber.az

Read Previous

Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə yolunun tikintisinə 2 milyon ayrıldı

Read Next

“Onda sürücünü buna görə də cərimələyək?” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir