Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Etikxeber.az-ın AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Siyavuş Novruzovun bu gün 50 yaşı tamam olur.
O, 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
YAP-ın icra katibinin müavini, parlamentin komitə sədridir.
Etikxeber.az