MTRŞ: “Operatora ödəniləcək məbləğ analoq yayımın məbləğindən baha olmayacaq”

Yayımçılar tərəfindən rəqəmli TV yayımı üçün operatora ödəniləcək məbləğ analoq yayımın məbləğindən baha olmayacaq”.

Gununsesi.info xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

O, qeyd edib ki, rəqəmsal yayım üçün ümumrespublika yayımçıları tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ həm veriliş sürətindən, həm yayım müddətindən, həm də əhatə zonasından, yəni televiziya vericisinin gücündən asılı olaraq dəyişir.

Qeyd edək ki, respublikada analoq yayımın dayandırılmasından sonra rəqəmsal yayımın həyata keçirilməsi üçün yayımçılar tərəfindən operatora ödəniləcək qiymətlər Nazirlər Kabinetinin 189 və 190 nömrəli 11 may 2016-cı il tarixli qərarları ilə müəyyənləşib. Qərarlara əsasən rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla 0,38 manat, 50 Vt-dan -300 Vt-a qədər, 300 Vt daxil olmaqla  0,65 manat, 300 Vt-dan -1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manatdır. Bu tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları daxildir.

Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Etikxeber.az

Read Previous

Şahidlər adlarına olan kreditlərdən xəbərsiz olduqlarını söylədilər

Read Next

“Heç bir zaman belə bir addımı atmaram” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir