7 nəfər doktorantın mövzusu təsdiq olunmadı – AMEA – FOTOLAR

Akademik Rafael Hüseynovun sədrliyi ilə Filologiya problemləri Elmi Şurasının 7-ci iclası keçirilib. 2-si elmlər doktorluğu hazırlığı, 10-u fəlsəfə doktorluğu hazırlığı olmaqla 12 iddiaçının mövzusu müzakirə edilib.

Etikxeber.az xəbər verir ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə əyani doktorantı Məmmədova Nurlanə Hümmət qızının “Məsud Əlioğlunun ədəbiyyatşünaslıq fəaliyyəti və ədəbi-tənqidi görüşləri” mövzusu “Məsud Əlioğlunun ədəbi-tənqidi görüşləri” adlı altında doktoranturadakı ixtisas şifri nəzərə alınaraq Ali Attestasiya Komsiyasının mövzuya etiraz etməyəcəyi şərti ilə təsdiq edildi.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə dissertantı Şükürlü Sevinc Şakir qızının “İngilis dilində yaxşı və pis konseptlərinin verballaşması (Azərbaycan dili ilə müqayisədə)” mövzusunun adında düzəliş edilərək “İngilis dilində yaxşı və pis konseptləri” şəklində təsdiq edildi.
Beləliklə, iclasda 3-nün adından dəyişiklik edilməklə 5 mövzu təsdiq olundu.
İddiaçılardan AMEA Gəncə Bölməsinin elmlər doktoru hazırlığı proqramı üzrə qiyabi doktorantı Quliyeva Ruziyə Zaman qızının “Gəncə ədəbi mühiti (XIX -XX əsr)” mövzsunun elmlər doktorluğu üçün yararlı mövzu olmadığı, araşdırmada heç bir nəzəri problem qoyulmadığı, oxşar mövzuların işləndiyini nəzərə alınaraq təsdiq edilmədi. Doktoranta işini asanlaşdıracaq tövsiyələr verildi.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə doktorantı Ağayeva Natəvan Fəxrəddin qızının “Zəngəzurun etnotoponimləri və onun arealları” mövzusunun daha əvvəllərdə ayrı-ayrı tədqiqatçılar tərəindən dissertasiya və monoqrafiya səviyyəsində müxtəlif aspektlərdən işlənməsi nəzərə alınaraq təsdiq edilmədi. İddiaçıya mövzu ilə bağlı mövcud ədəbiyyatlarla daha sərindən tanış olmağı tövsiyə edildi.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə əyani doktorantı Göven Mehriban Natiq qızının “Nikola Bozenin “Ümumi qrammatika” əsərində feilin növ və zaman kateqoriyaları (Azərbaycan dili ilə müqayisədə)” mövzsunda istiqmət aydın olmadığı üçün iddiaçıya araşdırmanın istiqamətini düzgün müəyyənləşdirmək tövsiyə edilirək təsdiq edilmədi.
Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə dissertantı İsayeva Kəmalə Ramiz qızının “Azərbaycan dilində söz tərkibinin ənənəvi və icbari formaları” mövzusunda istiqaməti müəyyəşləşdirib yeni plan-prospektlə növbəti iclasa gəlməsi məsləhət görüldü.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili və onun tədrisi kafedrasının fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə doktorantı Manafova Aynurə Murad qızının “Modallığın feillərlə ifadəsi (ingilis və Azərbaycan dillərində)” mövzusu artıq işlənildiyindən təsdiq edilmədi.
Beləliklə, 7 nəfərin mövzusu təsdiq olunmadı və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verildi.
Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Cəlil Nağıyev, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Nadir Məmmədli, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.

rafael-11rafael-13

rafael-12rafael-14

Etikxeber.az

Read Previous

“Hətta, Lahıcı da ötüb keçəcək…” – RÖVNƏQ ABDULLAYEV

Read Next

Cavid Hüseynov şikayətini geri çəkdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir