77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

Fövqəladə Hallar Nazirliyi son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlərində yağışların törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Etikxeber.az

Read Previous

AFFA “Neftçi” ilə “İnter”i cərimələdi

Read Next

Apteklərdə qrip əleyhinə peyvəndlər satılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir