8 ilin hərbçisi, iki medallı, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı-NAFTALANLI RƏVAN RÜSTƏMOVLA KOLLEC TƏHSİLLİ HƏYAT YOLDAŞI, VETERAN QIZI VƏ ŞƏHİD BACISI OLAN FƏRQANƏ RÜSTƏMOVA İŞLƏ TƏMİN EDİLƏCƏKLƏRMİ? – FOTOLAR

Rəvan Əli oğlu Rüstəmov…

Naftalanlı, 1992-ci il doğumlu…

8 ilin hərbçisi, İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Hazırda ailəli, bir övlad atası və işsiz…

Qeyd edim ki, Rəvan Rüstəmov 1992-ci ilin yanvar ayının 17-də Naftalan şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki oğlan övladından biridir…

1998-2009-cu illərdə Naftalan şəhərində yerləşən 2 saylı orta məktəbdə təhsil alıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra-2010-cu ilin yanvarında Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

2011-ci ilin iyulunda həqiqi hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb…

2011-2014-cü illərdə sürücülüklə məşğul olub…

2014-cü ildən isə həyatını Ordu, hərb iləbağlayıb…

Naftalan şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE kimi fəaliyyətə başlayıb…

Bir Vətən sevdalısı, MAXE, Baş çavuş kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib…

Bu yerdə əlavə edim ki, baldızı Nərgiz Vəliyeva da keçmiş hərbçi-MAXE kimi Aprel döyüşlərinin iştirakçısı olub…

Rəvan İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar sentyabrın 27-dən döyüşlərə atılıb…

Və elə həmin gün qayını Hidi Bəxtiyar oğlu Vəliyev Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamnına ucalıb…

Hidi Vəliyev Azərbaycanın, eləcə də Qəhrəman Goranboyun ilk Şəhidlərindəndir…

Rəvan müharibənin ilk günündən son gününə, Qələbəmizə qədər döyüşlərdə iştirak edib…

Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində döyüşlərdə olub…

Müharibədən sonra Laçın istiqamətinə göndərlib və 2022-ci ildə Ordudan təxris olunub…

Müharibədən öncə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, müharibədən sonra isə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub…

Ancaq Rəvan “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif olunmasını istəyir həmin istiqamətdə döyüşlərdə iştirak etmiş bir Vətən sevdalısı kimi…

Rəvan 2018-ci ildən Goranboyun Tap-Qaraqoyunlu kəndindən olan Fərqanə Bəxtiyar qızı Rüstəmova ilə ailə həyatı qurub…

Hazırda Yusif adlı bir övlad atasıdır…

Qeyd etdiyim kimi, Ordudan təxris olunduqdan sonra Rəvan heç bir yerdə işləmir, işlə təmin olunmaylb bugünəcən…

Ailəsini, sadəcə, taksi sürücülüyü ilə dolandırmağa çalışır…

Həyat yoldaşı, Mingəçevir Turizm Kollecini bitirmiş, atası müharibə veteranı və Şəhid bacısı olan Fərqanə xanım da illərdir işsizdir…

O da bugünəcən işlə təmin olunmayıb…

Odur ki, Rəvan həm özünün, həm də həyat yoldaşının normal işlə təmin olunmasını istəyir…

Və Onun, Vətən sevdalısının istəyi nəzərə alınmalı, həm özü, həm də Şəhid bacısı olan həyat yoldaşı işlə təmin olunmalıdır.

Naftalan şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu bu məsələdə həssaslıq nümayiş etdirməli, Rəvanla Şəhid bacısı olan həyat yoldaşını işlə təmin etməlidir.

Ümid edir və inanmaq istəyirik ki, belə də olacaq, Vətən sevdalısı Rəvan Rüstəmovla həyat yoldaşı, Şəhid bacısı yaxın zamanlarda işlə təmin olunacaqlar!

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm”-ƏRDOĞAN ƏLİYEVİ TƏBRİK ETDİ

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri, evin-ailənin tək oğulları-MİQDAD ABDULƏLİMOVLA MURAD QURBANOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir