9 ekstremist məhv edilib, 4 ekstremist həbs edilib – DTX-nın şöbə rəisi

“Son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı 9 ekstremist məhv edilib, 4 ekstremist həbs edilib”.

Etikxeber.az-ın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2012-ci ildən etibarən Azərbaycan vətəndaşları Türkiyədə iş axtarmaq və s. bəhanələrlə Türkiyədən Suriyaya keçərək orada terror qruplaşmalarına qoşulublar.

S. Mahmudov qeyd edib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Suriyada əsasən “İŞİD” terror təşkilatına qoşulmağa üstünlük verib.

Etikxeber.az

Read Previous

Şəhid Süleyman Süleymanov dəfn olundu – FOTOLAR

Read Next

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir