9 yaşlı uşaq ov tüfəngi ilə 7 yaşlı dayısı oğluna-XƏSARƏT YETİRDİ

Yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Cəmi 21 yaşında Vətən yolunda sağlamlığından keçən-QAZİ ZAUR İSFRAFİLOVA QARŞI BİGANƏ VƏ LAQEYD MÜNASİBƏTƏ SON QOYULACAQMI? QƏBƏLƏ RAYON RƏHBƏRLİYİ QAZİNİN PROBLEMLƏRİ İLƏ MARAQLANACAQ VƏ ONLARI HƏLL EDƏCƏKMİ? – FOTOLAR

Read Next

Əmək pensiyasının minimum məbləği-NƏ QƏDƏR OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir