3 oktyabrda torpağa tapşırılan daha iki Nur üzlü Şəhidimiz-SUBAY RAMİL PAŞAYEV VƏ 2 ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN CAHİD TAĞIZADƏ…VƏ BƏRDƏ ŞƏHİDLƏR XİYABANI… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün, 3 oktyabr tarixində daha iki İkinci Vətən Müharibəsi Şəhidinin ailəsini ziyarət etdik…

Bərdədən olan Şəihid anaları, Şəhid ailələri ilə daha iki Bərdəli Şəhidimizin ailəsinə baş çəkdik, anım mərasimlərində iştirak etdik…

Bərdənin Əyricə kəndindən olan 1994-cü il təvəlüdlü, MAXE-Kiçik çavuş Ramil Şakir oğlu Paşayev və Mirzalıbəyli kəndindən olan 14 ilin peşəkar hərbçisi, Baş gizir Cahid Vahid oğlu Tağızadənin ailələrini ziyarət edərək, anım mərasimlərində iştirak edərək, hər iki Şəhidin ailəsinə başsağlığı verdik, onlara Allahdan səbr diləfik, “Şəhidlərimizin, Ramillərin, Cahidlərin məkanları cənnətlik, ruhları şad olsun!” dedik…

Həmçinin, Şəhidlərin ruhlarına dualar etdik…

İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN CAHİD TAĞIZADƏ…

Qeyd edək ki, Daxili Qoşunların Baş giziri Cahid Tağızadə müharibə zamanı Kəlbəcər-Murov, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edib…

Qəhrəmanlıqlar, İgidliklər göstərib və oktyabrın 2-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

32 yaşında Şəhid olan Cahidin nəşi bir gün sonra Mirzalıbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Ailənin 3 övladından, 3 qardaşdan biri olan Şəhidimizin iki övladı-Nərmin adlı bir qızı və Nihad adlı bir oğlu ailəsinə, Vətənə əmanət qalıb…

Hər ikisi də orta məktəbdə oxuyurlar, Nihad birinci, Nərmin isə üçüncü sinifdə…

***

NƏŞİ 6 GÜNDƏN SONRA TORPAĞA TAPŞIRILAN VƏ 3 QARDAŞDAN BİRİ RAMİL PAŞAYEV…

Kiçik çavuş Ramil Şakir oğlu Paşayev isə İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 6 gündən sonra tapılıb və oktyabrın 3-də ailəsinə təhvil verilib…

26 yaşında Şəhid olan Ramilin nəşi elə həmin gün öz doğma kəndlərində-Əyricə kəndində dəfn olunub…

Ailədə 3 övladdan, 3 qardaşdan biri olan Ramil ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb…

Ramil ailənin sonbeşiyi və subay olub…

Allah hər iki Nur üzlü, Qələbə və Zəfərimizdə xidmətləri, töhfələri olan Şəhidimizin məkanını cənnətlik etsin!

Nur içində yatsınlar!

Böyük Yaradan ailələrinə səbr versin!

17:30

***

Və Şəhidlərin anım mərasimlərindən sonra Şəhid ailələri ilə birlikdə Bərdə Şəhidlər Xiyabanına üz tutduq…

Xiyabanda uyuyan Nur üzlü Şəhidlərimizin məzarlarını ziyarət etdik, ruhlarına dualar oxuduq…

Məqamları Ucalardan-Uca olsun, Şəhidlərimizin!

Ruhları qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

03.10.2021, Bərdə-Əyricə-Mirzalıbəyli-Bərdə

Etikxeber.az

Read Previous

Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən biri-CALAL CALAZADƏNİN MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ…-FOTOSESSİYA – YENİLƏNİB

Read Next

Daha 712 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir