Anım Günündən bir gün öncə…VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADINI HAQQ EDƏN 5 MEDALLI ŞƏHİD KƏRİM ƏLİYEVİN AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Sabah, 24 oktyabr tarixi Ucarın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kərim Məhəmmədəli oğlu Əliyevin torpağa tapşırıldığı, Əbədiyyətə uğurlandığı gündür…

Düz bir il keçir Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından…

Sabah Kərim Əliyevin Anım Günüdür…

Ailənin iki övladından, iki oğlundan biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü, peşəkar hərbçi, Kiçik gizir Kərim Əliyev İkinci Vətən Müharibəsi zamanı Füzulidən Cəbrayıla, Cəbrayıldan Hadruta, Xocavəndə, Xocavənddən Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib…

 Döyüşlərdə iştirak edib, igidliklərə, qəhrəmanlıqlara imza atıb…

Döyüşlər zamanı 4 dəfə yaralanıb, amma inadından dönməyib, yenə döyüşlərə atılıb…

Və oktyabr ayının 19-unda Xocavənd-Qubadlı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

4 gün nəşini götürmək mümkün olmayıb…

Yalnız ayın 23-ündə nəşini əldə etmək mümkün olub və bir gün sonra isə Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb…

Ölümündən sonra isə İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən medalla-“Vətən uğurunda”“İgidliyə görə”“Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Anım Günü ilə bağlı bir gün öncə, yəni, bu gün-23 oktyabr tarixində Goranboydan olan İkinci Vətən Müharibəsi Qazisi, iki medallı Qəhrəman, 3-cü qrup müharibə əlili Fuad Mahir oğlu Həsənovla Şəhid Kərim Əliyevin Alpout kəndində yaşayan ailəsini, valideynlərini ziyarət etdik…

Şəhidimizin ailəsinə, Nur üzlü valideynlərinə, yaxınlarına bir daha başsağlığı verdik, Allahdan səbr dilədik…

“Cəmi Şəhidlərimizin, içində də Kərimin məkanı cənnətlik, məqamı Uca olsun. Ruhu qarşısında baş əyirik!”-dedik…

Şəhidimizin çox Qürurlu, çox Məğrur, Dik duruşlu valideynləri ilə bir saata yaxın söhbətləşdik, dərdləşdik…

Və bir daha Kərim kimi əfsanəvi İgidlə və onu yetişdirən, böyüdüb boya-başa çatdıran ailəsi ilə Fəxr etdik, Qürurlandıq…

Fəxr etdik, Qürurlandıq ki, Kərim kimi adı dillər əzbəri olan, Dastana çevrilən Qəhrəman Azərbaycan oğlu, Vətən sevdalısı var, Kərimi bu xalqa bəxş edən özü kimi İgid, Qəhrəman ailəsi, valideynləri var…

Bir daha Şəhidimizin ruhu, ailəsi qarşısında baş əyirik!

Və arzu edirik ki, nəhayət, Kərimin Haqqı tanınsın, Haqq etdiyi Vətən Müharibəsi Qəhrəmanı adı yaxın gələcəkdə rəsmiləşdirilsin…

Bunu həm Şəhidimiz Haqq edir, həm də Onun ailəsi…

Ailəsi ümidlə, səbrlə həmin anı, həmin günü gözləyir…

Və ümidr edir və inanırıq ki, belə də olacaq, Kərimin Haqqı tanınacaq və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüləcək!

Bir daha Nur içində yatsın, bir daha Dərgahı mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Ucar, Alpout kəndi, 23.10.2021

Etikxeber.az

Read Previous

Daha 2315 yeni yoluxma-DAHA 22 ÖLÜM…

Read Next

Anası və iki qardaşı kirayədə yaşamaq məcburiyyətində qalan subay, iki medallı Şəhid-CAVİDAN İBRAHİMLİNİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir