Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xalq artisti Ramiz Məmmədov vəfat edib.
Etikxeber.az xəbər verir ki, tanınmış aktyorun bu gün günorta saatlarında vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi.
R. Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alıb.
“Qaynana”da Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik”də Ağacan, “O olmasın, bu olsun”da Rza bəy, Hambal, “Bəbirlinin kələkləri”ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.
Televiziyanın “Səhər görüşləri”ndə, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” verlişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qaynana əməliyatı”, “Get gətir”, “Əzəlim qözəlim”, “Mənim dayım” tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.
2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.
Allah rəhmət etsin!
Etikxeber.az