Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonu Şəhidlər Xiyabanını şəhid ailələri və qazilərimizlə birlikdə növbəti dəfə ziyarət etdik.Şəhidlərimizin əziz xatirəsini daim yad edərək, onların uyuduğu torpağı ziyarət etmək bizlər üçün müqəddəs bir vəzifədir.Vətənimizin bütövlüyü, Qarabağın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.
Bildirib ki, biz qələbə sevincinə görə hər zaman onlara borcluyuq.
“Eyni zamanda, Şəhidlər Xiyabanında həyata keçirilmiş yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olduq. Bərdə rayon İcra Hakimiyyətinə, Bərdə şəhər Bələdiyəsinə və əməyi keçən hər kəsə təşəkkür edirəm.Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanı ilə bağlı bizim diqqətimizə çatdırılan müəyyən istəkləri müvafiq yerli icra orqanlarının nümayəndələri ilə yerindəcə müzakirə edərək, tez bir zamanda həll olunmasını xahiş etdik.Allah bütün şəhidlərimizə rəhmət eləsin!”-deyə, o, əlavə edib.
Etikxeber.az