ABŞ “sürgün Ukrayna hökuməti” planı üzərində-ÇALIŞIR?

ABŞ mediası ABŞ-ın “sürgün Ukrayna hökuməti” planı, ssenarisi üzərində işlədiyini iddia edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə TRT Haber ABŞ mediasına istinadən məlumat yayıb.

ABŞ mediası iddia edir ki, Kiyevin işğal olunacağı təqdirdə, Ukraynanın qanuni hakimiyyəti və hökumətinin başqa bir bölgədə və ya ölkədə fəaliyyət göstərməsi ilə bağlı ABŞ rəhbərliyi tərəfindən planlar, ssenarilər üzərində çalışılır.

İlkin olaraq, “sürgün Ukrayna hökuməti”nin Polşada fəaliyyət göstərməsi planı üzərində dayanıldığı qeyd olunur.

Ancaq hələlik nə ABŞ rəhbərliyi, nə də Ukrayna-Zelenski hakimiyyəti bu iddialarla bağlı mövqeyini açıqlayıb.

Etikxeber.az

Read Previous

Azadlıq Radiosu faliyyətini dayandırdı-RUSİYADA

Read Next

Diqqət Mariupol şəhərinin müdafiəsinə yönəlib-UKRAYNA BAŞ QƏRARGAHI MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir