Aeroporta anonim zəngin məhbus tərəfindən edildiyi müəyyənləşib

Tallin hava limanına partlayıcı qurğu yerləşdirilməsi barədə anonim zəngin hazırda həbsxanada cəza çəkən məhbus tərəfindən daxil olduğu müəyyənləşib. Bu barədə Pıxyask prefekturası polisinin mətbuat xidməti məlumat yayıb.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra aeroport binasındakı bütün insanlar təxliyə olunub. Təyyarələr limana ensələr də, sərnişinlərə salonu tərk eyməyə icazə verilməyib. Sərnişinləri qarşılamağa gələnlər hava limanının binasına buraxılmayıb.

Polis əməkdaşları və təlimatçılar axtarış itləri vasitəsi ilə aeroportda təhqiqat aparıblar. Heç bir partlayıcı qurğu aşkarlanmayıb. Bundan sonra sərnişin terminalı açılıb və təyyarələrin uçuşları bərpa olunub.

İctimai asayişin ağır şəkildə pozulması faktı üzrə cinayət işi başlanıb. Estoniyada bu əmələ görə beş ilədək həbs cəzası nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Tərtərdə qrad raketinin qalıqları tapılıb

Read Next

Bakı Beynəlxalq Caz Festivalına start verilib – “Caz musiqisi yenilik, axtarış, improvizasiya tələb edən musiqi üslubudur”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir