Ailənin tək oğlu, öz evi olmayan, əmisinin evində böyüyən, nəşi 52 gündən sonra dəfn olunan Şəhid Orxan Balayev: ŞƏHİDİN ADININ KÜÇƏYƏ VERİLMƏSİ MƏSƏLƏSİ MÜSBƏT HƏLLİNİ TAPACAQMI? AİLƏSİ EVLƏ, MƏNZİLLƏ TƏMİN OLUNACAQMI? QUBA VƏ ƏƏSMN RƏHBƏRLİYİ NƏ VAXT TƏRPƏNƏCƏK? – FOTOLAR

Bu gün-səhər saatlarında Qusardan, Şəhid ailələrini ziyarətdən Bakıya dönərkən Qubanın tarixi Alpan kəndinə də döndük…

Alpanın İkinci Vətən Müharibəsi Şəhidlərinin ailələrində olduq…

Ziyarət etdiyimiz, baş çəkdiyimiz Alpanlı Şəhid ailələrindən də biri də 24 yaşlı Orxan Vidadi oğlu Balayevin ailəsi, anası, bala dərdindən saçları ağarmış, beli bükülmüş Məlahət ana, Məlahət xanım idi…

Ziyarətdə mənimlə birgə daim Şəhid ailələrinin, Qazilərin təmənnasız şəkildə yanında olan “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə xanım da iştirak edirdi…

Öncə Şəhidimizin ailəsinə, anasına başsağlığı verdik, Allahdan səbr və dözüm dilədik…

Eyni zamanda, “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Qeyd edim ki, Orxan ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb, Mingəçevirdəki N saylı hərbi hissədə qulluq edib…

Və əsgərliyini başa vurduqdan sonra, ailəsinin, xüsusilə, onunla nəfəs alan anasının etirazına baxmayaraq, yenidən həyatını hərb, Ordu ilə bağlayıb…

Çünki hərbçi olmaq uşqalıq arzusu imiş…

Kursa gedib, Gizir hərbi rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb…

Və İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də Tərtər-Ağdərə, Suqovuşan istiqamətlərində döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb…

Cəmi 2 gün sonra, oktyabrın 8-də isə Şəhidlik məqamına ucalıb…

Ancaq uzun müddət, 52 gün onun nəşini əldə etmək mümkün olmayıb…

Nəşini yalnız noyabrın 30-u əldə etmək mümkün olub və elə həmin gün Alpan kənd qəbiristanlığında dəfn edilib, Əbədiyyətə uğurlanıb…

Orxan Alpanın İkinci Qarabağ Savaşında 3 Şəhidindən biridir…

O, Şəhidliyindən sonra 3 medalla təltif olunub…

Bacıları ailəli olsa da, Orxan subay olub…

Ziyarətimiz zamanı Orxanın anası Məlahət xanımla bir xeyli söhbətləşdik, dərdləşdik…

Çox ağır idi danışmaq, təsəlli vermək Dərdli, Yaralı Anaya…

Gözlərinin yaşı sel kimi axıb gedirdi…

Biz də göz yaşlarımıza sahib, hakim ola bilmirdik…

Sözün bitdiyi, aciz qaldığı, kəlmələrin boğazda düyümləndiyi yer idi…

***

Bu yerdə qeyd edim ki, Alpanın küçələrindən birinə Orxanın adının verilməsi nəzərdə tutulsa da, hələ də rəsmiləşdirilməyib…

Bu isə Şəhidin ailəsini, anasını çox üzür və onlar bu məsələnin həllini tapmasını istəyirlər…

Eyni zamanda, Şəhidin ailəsi Rusiyada yaşayan əmisinin evində qalır, yaşayır…

Şəhidin özü də bu evdə-əmisinin evində böyüyüb boya-başa çatıb…

Ancaq bu günə kimi Şəhidin ailəsinə hələ də ev, mənzil verilməyib…

Hansı ki, bu, onların, Şəhidin haqqıdır…

Və çox yaxşı olardı ki, Quba rayon rəhbərliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyi çox tezliklə Şəhid Orxan Balayevin ailəsinin ev, mənzil problemini həll etsinlər…

Bu, onların həm mənəvi, həm də vəzifə borcudur və borclarını da yerinə yetirməlidirlər!

Bir daha Şəhidimizin məkanı cənnətlik, məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 512 yeni-YOLUXMA….

Read Next

Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib-MÜDAFİƏ NAZİRLİYİ – VİDEO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir