Ailənin tək və subay övladı Şəhid Telman Ələkbərovun adını daşıyan “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakının Sabunçu rayonunun Şəhidlərindən olan, anası tərəfindən təkbaşına böyüdülən, ailənin tək və subay övladı, ali təhsilli, Baş leytenant Telman Ələkbərovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Etikxeber.az xəbər verir ki, “Şəhid bulağı”nın açılışında Şəhidin tək-tənha yaşayan anası Səmayə xanım, Bakıdan, Bərdədən olan Şəhid ailələri və Qazilər, hərbçilər, məktəblilər və digər şəxslər iştirak ediblər.

Bir saata yaxın davam edən açılış mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, məktəblilər tərəfindən şeirlər ifa edilib.

Mərasimdə həmçinin çıxışlar olunub.

Çıxışlardan sonra “Şəhid bulağı”nın üzərindən örpək götürülüb və açılış edilib.

Daha sonra “Şam bağı” şadlıq sarayında kiçik mərasim düzənlənib, Şəhidin adına ehsan süfrəsi açılıb.

Mərasimdə yenə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, yenə Dövlət himni səsləndirilib, yenə çıxışlar edilib.

Çıxışlarda bir daha Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, bir daha anasına Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa olunub.

Mərasim iki saata yaxın davam edib.

15:00

***

FOTOLAR:

16:10

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2 yeni-YOLUXMA…

Read Next

Yeddi övladından dördünü itirmiş, bir övladını Şəhid vermiş, başı müsibətlər çəkmiş 76 yaşlı-TAMARA ANANIN ACI, KƏDƏRLİ HƏYAT HEKAYƏSİ…QIZININ EVİNDƏ YAŞAYAN QAZİ-ŞƏHİD ANASI MƏNZİLLƏ TƏMİN EDİLƏCƏKMİ, TƏK ARZUSU ÇİN OLACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir