Ailənin 4 övladından biri, bir övladı Vətənə əmanət qalan, 4 medallı-ŞƏHİD BİLAL XANLAR OĞLU QƏNBƏROVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bilal Xanlar oğlu Qənbərovun Anım Günüdür.

Bu gün, 4 noyabr tarixi Bilal Qənbərovun torpağa tapşırıldığı, Əbədiyyətə uğurlandığı gündür.

Onun Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilməsindən iki il keçir.

Etikxeber.az xəbər verir ki, əslən Gürcüstanlı olan Bilal Qənbərov 1993-cü ilin 29 sentyabr tarixində ziyalı ailəsində dünyaya gəlib.

Ailəsi ilə birlikdə Bakının Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayıblar.

Ailənin 4 övladından biri, evin tək oğlu, 3 bacının tək qardaşı idi.

Orta təhsilini 2000-2011-ci illlərdə alıb.

2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də Vətənə xidmət borcunu yerinə yetirərək, tərxis olunub, ailəsinə, evinə dönüb.

Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb.

O da, bacıları da ailəli olub.

Bilal Qənbərov 2020-ci il sentyabrın 29-da, 27 yaşının tamamında, növbəti doğum günündə İkinci Qarabağ Savaşına, döyüşlərə qoşulmaq üçün yola düşüb.

Və İkinci Vətən Müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdən birində, noyabrın 3-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Nəşi Bakıya gətirilərək, 4 noyabr tarixində Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.

Şəhidliyindən sonra “Vətən uğrunda”“Cəsur döyüşçü”“Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bilal Qənbərovun həm də bir övladı, Nazlı adlı qızı Vətənə əmanət qalıb.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bilal Qənbərovun məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, qohumları, yaxınları, Səbail və Nizami rayonlarından olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri, məktəblilər, Qazilər, İcra başçısı Vüqar Zeynalov başda olmaqla, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ədliyyə Nazirliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar edilib, Şəhidin ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin valideynləri də öz növbəsində övladları-Bilal Qənbərovla Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.

Eyni zamanda, belə bir gündə onları tək buraxmadıqları üçün hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.

Ziyarətdən sonra Şəhidlə bağlı Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Məkanı cənnətlik olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

Nur içində yatsın!

13:24

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Türkiyənin Vitse-prezidentini-QƏBUL ETDİ – FOTO

Read Next

“Ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var…”-İLHAM ƏLİYEV – FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir