Ailənin iki övladından biri, peşəkar hərbçi, Baş leytenant, övladı Şəhidliyindən bir ay sonra dünyaya gələn, nəşi 117 gündən sonra Əbədiyyətə uğurlanan-QUBALI VƏTƏN SEVDALISI RAHİM QALİB OĞLU MİKAYILOV… – FOTOLAR

Qubalı Şəhid analarından Tünzalə Abduləlimova və Qubalı məşhur pəhləvan Laçın Əliyevlə bu gün Qubanın daha bir Şəhidinin-İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Həmlə-bölük komandiri Rahim Qalib oğlu Əliyevin ailəsini, ocağını ziyarət etdik…

Günorta saatlarında Şəhidimizin ailəsində, ocağında olduq…

Şəhidimizin ailəsinə-valideynlərinə – anası Ulduz xanıma, atası Qalib Mikayılova Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik…

Şəhidimizlə, cəmi Şəhidlərimizlə, Rahimlərlə Fəxr etdiyimizi, Qürur duyduğumuzu bildirdik…

Bir saata yaxın davam edən ziyarətimiz zamanı Şəhidimizin özü kimi Qəhrəman, Məğrur ailəsi, valideynləri ilə söhbətləşdik, dərdləşdik…

Duyğulu, təsirli, kövrək anlar yaşadıq…

Sonra Şəhidimizin İkinci Nügədi kənd qəbiristanlığındakı məzarını ziyarət etdik…

Ruhuna dualar etdik…

Qeyd edək ki, Rahim 1990-cı ilin 3 sentyabr tarixində-Qubanın İkinci Nügədi kəndində dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…

Orta məktəbi bitirdikdən sonra Texnologiya Universitetinə daxil olub…

2014-cü ildə ali təhsilini başa vurub və bir neçə aydan sonra, 2015-ci ilin yanvarında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Və valideynlərinin etirazlarına baxmayaraq, həyatını Ordu, hərb ilə bağlayıb…

Peşəkar hərbçi kimi Baş leytenant hərbi rütbəsini daşıyıb…

2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub…

Peşəkar hərbçi, Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb…

Və döyüşlərin elə ilk günündə, 27 sentyabr tarixində, 30 yaşının tamamından cəmi 24 gün sonra Kəlbəcər-Murov istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Şəhidliyi xəbəri də elə həmin gün ailəsinə verilib…

Ancaq nəşini uzun müddət əldə etmək mümkün olmayıb…

Nəşi yalnız 117 gündən sonra əldə edilib və 2021-ci ilin yanvar ayının 23-də İkinci Nügədi kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

O, həm də İkinci Nügədinin 4 İkinci Vətən Müharibəsi Şəhidindən biri olub…

Şəhidliyindən sonra 3-cüdərəcəli “Rəşadət” ordeni və iki medalla təltif olunub…

Eyni zamanda, Şəhidliyindən öncə bir neçə medalla təltif edilib…

2018-ci ildə, 28 yaşında ailə həyatı quran Rahimə övladının üzünü görmək qismət olmayıb…

Övladı, hazırda 3 yaşının içində olan balaca Əhməd Şəhidliyindən düz bir ay sonra, 27 oktyabr tarixində dünyaya gəlib…

Üzünü görmədiyi övladı ailəsinə və Vətəninə əmanət qalıb…

Ruhu köməyi olsun, torpağı sanı yaşasın!

Hazırda ailəsinin yaşadığı küçə Onun adını daşıyır…

Eyni zamanda, ailəsi kənd məktəbinə Rahimin adının verilməsini istəyir və həmin günü səbrsizliklə gözləyir…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İllər öncə qardaşını və atasını itirən, özü isə Qanlı sentyabr döyüşlərində Şəhid olan-21 YAŞLI ÜMÜD İLQAR OĞLU HƏSƏNOV… – FOTOLAR

Read Next

Daha 84 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir