Ailənin tək və subay oğlu, MAXE Fariz Qurbanovun Cənnətdəki ikinci doğum günündə-24 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM KEÇİRİLDİ…-YENİLƏNİB -(3)

Bu gün Goranboy rayonunun və Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Məhəmməd oğlu Qurbanovun doğum günüdür.

Fariz Qurbanovun bu gün 24 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1998-ci ilin iyun ayının 28-də Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gələn Fariz Qurbanov evin iki övladından biri olub.

Farizgil ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

Bacısı Əfsanə Qurbanova hazırda ailəlidir.

Fariz Qurbanov orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb.

Əsgərliyini, hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinə az qalmış yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Qarabağ Savaşının ilk saniyələrindən döyüşlərə atılıb və elə müharibənin ilk günündə, sentyabrın 27-də Ağdərə istiqamətində döyüşlərdə həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Nəşi bir gün sonra Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən bir neçə medalla təltif olunub.

2021-ci ilin 28 iyun tarixində, Şəhidin Cənnətdəki ilk doğum günündə Fariz Qurbanovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

“Şəhid bulağı” Fariz Qurbanovun ailəsinin şəxsi vəsaiti hesabına başa gəlib.

Fariz Qurbanov həm də subay olub.

Qeyd edək ki, Şəhidin ailəsi Fariz Qurbanovun adının əbədiləşdirilməsini, Qızılhacılı qəsəbəsindəki küçələrdən birinə onun adını verilməsini istəsə də, hələlik bu məsələ reallaşmamış qalır.

Onlar bu istəklərinin, arzularının tezliklə reallaşmasını istəyir və səbrsizliklə gözləyirlər.

09:00

***

Cənnətdəki ikinci doğum günü, 24 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdə Şəhidin valideynləri və tək bacısı, Qızılhacılıdan, Goranboydan, Naftalandan, Mingəçevirdən, Bərdədən, Ağdamdan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar oxunub.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Mərasimdə həmçinin, dini mahnılar, İlahilər səsləndirilib.

Mərasimdə eyni zamanda, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təmsilçisi  tərəfindən Şəhid Fariz Qurbanovun anası Lətafət Qurbanova və Şəhid Tacir Cəfərovun anası Səadət Cəfərovaya “Şəhid anası” medalları təqdim olunub.

Mərasim zamanı Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı tort kəsilib.

Məqamı Uca, cənnətdəki ikinci doğum günü, 24 yaşı mübarək olsun!

Nur içində yatsın!

12:30

***

FOTOLAR:

12:48

***

12:52

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan müharibə istəsəydi, baza prinsiplərini təqdim etməzdi…”-XİN-DƏN PAŞİNYANA CAVAB

Read Next

“İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, Böyük Qayıdış prosesinin sürətləndirilməsi gücümüzü, xalqımızın böyüklüyünü bir daha göstərir”-CEYHUN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir