“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır”-SAHİBƏ QAFAROVA

Hazırda Azərbaycan tarixi günlər yaşayır. Xalqımız və dövlətimiz sözün həqiqi mənasında Vətən müharibəsi aparır. Ölkəmiz bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də mühüm uğurlar qazanmaqdadır.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyası (PA) ilə Milli Məclisin (MM) deputatları arasında keçirilən növbəti videokonfrans formatında görüşdə spiker Sahibə Qafarova deyib.

Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, yüksək diplomatik səriştəsi və qətiyyəti sayəsində Azərbaycan düşmənə bütün cəbhələrdə böyük məğlubiyyətlər yaşadır.

Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatların qarşısının alınması, şanlı Ordumuzun parlaq əks-hücum əməliyyatları hər birimizi fərəhləndirir, qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır. Ordumuzun zəfər yürüşü zamanı şəhidlərimizin də olduğunu vurğulayan Spiker Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib.

Milli Məclisin Ermənistanın 27 sentyabrdan başlayaraq törətdiyi hərbi təxribatlar, həmçinin Gəncəni və digər şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanladığını bildirən Sahibə Qafarova məlumat verib ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə 130, həmçinin 11 beynəlxalq təşkilata məktublar göndərilib.

Müraciətlərdə baş verənlərlə bağlı geniş məlumatlar verilib və beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə adekvat münasibətin bildirilməsinə çağırış olunub.

Spikerin sözlərinə görə, artıq bəzi ölkələrin parlamentləri ölkəmizə öz dəstəklərini ifadə ediblər.

Həmçinin Sahibə Qafarova bu müddət ərzində bir sıra ölkələrin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları apardığını, 10-a yaxın ölkənin səfirləri ilə görüşlər keçirdiyini, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verildiyini diqqətə çatdırıb.

Sədr bu müddətdə Milli Məclisin əksər deputatlarının müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etməsinin, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməsinin təqdirəlayiq olduğunu bildirib.

Həmçinin məlumat verilib ki, Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.

Etikxeber.az

Read Previous

Deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində-ƏLAQƏLƏNDİRİCİ ŞƏXSLƏR MÜƏYYƏN EDİLİB – FOTOLAR

Read Next

Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində həftəsonu ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK VƏ… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir