AMEA yeni şöbə yaradır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şöbəsi yaradılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparılır. 2015-ci ildən başlayaraq AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul və minimum imtahanları test üsulu ilə keçirilir, doktorantların xarici dil fənni üzrə bilik səviyyələrinə qoyulan tələblər yüksəldilib. Həmçinin qeyd edib ki, elmi qurumun tarixində ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub. AMEA-nın prezidenti Akademiyaya qəbul zamanı bakalavrlar arasında güclü rəqabətin olduğunu vurğulayıb.

İclasda AMEA-nın magistraturasına qəbulun nəticələri təsdiq edilib, Rəyasət Heyəti aparatının müvafiq idarələrinin və elmi müəssisələrin rəhbərlərinə tədris prosesinin təşkili ilə bağlı tapşırıqlar verilib.

AMEA-da təhsillə bağlı təşkilati işlərin həcminin xeyli artdığını və bununla bağlı Elm və Təhsil İdarəsinin strukturunun və kadr potensialının gücləndirilməsində yaranan zərurəti nəzərə alaraq Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şöbəsi yaradılıb, şöbənin ştat vahidləri təsdiq edilib. Həmçinin idarənin Elmi-analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Etikxeber.az

 

Read Previous

İsmayıllıya güclü dolu düşdü

Read Next

Teleaparıcının “Mitsubishi”si partladıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0