Anar Kərimov ixtisasca hüquqşünas olan Adil Kərimli ilə-ƏVƏZLƏNDİ – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Ölkə Prezidenti İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin.

***

Prezident eyni zamanda, Adil Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezidentin digər Sərəncamına əsasən, Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib

Həmçinin, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Etikxeber.az

Read Previous

Təhsil krediti ilə bağlı tələbələrə-MÜRACİƏT EDİLDİ

Read Next

Bu şəxs Maliyyə Monitorinqi Xidmətinə sədr təyin edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir