Anası tərəfindən təkbaşına böyüdülən, tək və subay övlad, üç medal və bir ordenli-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN HÜSEYNZADƏNİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (4)

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Fərman oğlu Hüseynzadənin doğum günüdür.

Elməddin Hüseynzadənin bu gün 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elməddin Hüseynzadə 1998-ci ilin mart ayının 24-də Bərdənin Sərkarlar kəndində anadan olub.

23 günlüyündən anası Arzu Hüseynova tərəfindən təkbaşına böyüdülüb.

Ailənin, ananın tək övladı olub.

2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərində anası ilə birlikdə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçüblər.

Orta məktəbi bitirdikdən sonra Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib və Əsgərliyini başa vuraraq, evinə, anasının yanına dönüb.

Bir müddət müxtəlif sahələrdə çalışıb.

İkinci Vətən Müharibəsinə yaxın isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günlərində, sentyabrın 29-da isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Elə həmin gün axşam saatlarında nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

22 yaşında Şəhidlik məqamına ucalan Elməddin subay olub.

Anası Arzu xanım hazırda tək-tənha yaşayır.

***

Elməddin Hüseynzadənin Cənnətdəki dördüncü doğum günü, 26 yaşının tamam olması ilə bağlı bu gün axşam saatlarında Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

İzdihamlı ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələr düzülüb, ruhuna dualar oxunub, “Quran” oxunub.

Ziyarət zamanı Şəhidin məzarı başında çıxışlar edilib, Elməddin Hüseynzadənin Cənnətdəki dördüncü doğum günü təbrik olunub, tək-tənha yaşayan anası Arzu Hüseynovaya Allahdan səbr və dözüm arzulanıb.

Sonra Cənnətdəki dördüncü doğum günü ilə bağlı Bərdə şəhərində yerləşən “Gold Mətin” şadlıq sarayında mərasim keçirilib, adına ehsan-iftar süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Eyni zamanda, bir daha Şəhidin ruhuna dualar edilib, bir daha “Quran” oxunub.

Məzarını ziyarətdə, həm də Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin anası, yaxınları, Bərdədən, Mingəçevirdən, Goranboydan, Bakıdan, Zərdabdan, Tərtərdən, Qəbələdən, Qobustandan, Ağsudan, Ağdamdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, keçmiş Xüsusi Təyinatlılar, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 26 yaşı mübarək olsun!

Nur içində uyusun!

19:45

***

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mən özümü qəhrəman hesab etmirəm”-KROKUSDA YÜZDƏN ÇOX İNSANI ÖLÜMDƏN QURTARAN 15 YAŞLI MƏKTƏBLİ

Read Next

“Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər “fake” və dezinformasiyadır”-MSN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir