“Asmaqla, kəsməklə…” – Kılıcdaroğlu-Baykal-İncə gərginliyi davam edir

CXP-də “sular” durulmaq bilmir.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə,  belə ki, CXP-nin əski genəl başqanı Dəniz Baykal, həmçinin, partiyadan olan millət vəkilləri Muharrem İncə və Fikri Sağların açıqlamaları təşkilat daxilində gərginliyə səbəb olub.

Bir müddət açıqlamalara səssiz qalan CXP sədri Kamal Kılıcdaroğlu da nəhayət, səssizliyini pozub:

“Partiyanı kim yıpratırsa, qapının önünə qoyacam. Bunlar qəbul edilə bilməz.

Ancaq onlar istəyərlərsə, partiya yarada bilərlər: məsələn, dedi-qodu partiyası…”

2019-cu ildə keçiriləcək prezident seçkilərində CXP-nin keçmiş cümhurbaşqanı Abdullah Gülün namizədliyini dəstəkləyə və TBMM-in sabiq sədr müavini Meral Akşənərlə DTP-nin keçmiş başqanı Əhməd Türkün CXP hakimiyyətində vitse-prezident ola biləcəyi ehtimallarına gəlincə, o, belə cavab verib:

“Abdullah Gül istəyər-istəməz, mən onu deyə bilmərəm. Amma nə onu, nə də  adları çəkilən digər isimləri yıpratmaq, rahatsız etmək lazımdır”.

Bu yerdə qeyd edək ki, adıçəkilən şəxslərin dördü də bu gün cənazə törənində bir araya gəliblər.

İndiki və əski genəl başqanlar cənazə törənində sıx-sıx söhbətləşiblər.

D. Baykal öz növbəsində mətbuata açıqlamasında K. Kılıcdaroğlunun açıqlamalarını belə cavablandırıb:

“Təhdidlə, öfkəylə partiya yönəldilə bilməz. CHP-nin bir an özünə gəlməsinə ciddi erhtiyac var”.

M. İncə isə belə deyib:

“Asamaqla, kəsməklə partiya daxilində disiplin, nizam-intizam  yaradıla bilməz…”

Etikxeber.az

 

 

 

 

Read Previous

Nassir Abdulaziz Al-Nasser: “Dünya çətin bir dövrü yaşayır” – FOTOLAR – YENİLƏNİB

Read Next

“Mən mərd bir qadınam, dərhal və birbaşa…” – MERAL AKŞƏNƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir