Atası və tək bacısını itirən-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏMƏD RZAYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNIB – (1)

Goranboyun Tatarlı kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri, atasını və ailəli tək bacısını itirən, Xüsusi Təyinatlı, MAXE, 3 medallı, subay Səməd Füzuli oğlu Rzayevin Cənnətdəki üçüncü doğum günündə Səfikürd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, bu gün-19 aprel 2023-cü il tarixində, səhər saatlarında başlayan və bir saata yaxın davam edən ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Məzarı başında Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, qısa çıxışlar edilib, ailəsinə, anası Zərqələm Kazımovaya səbr və dözüm arzulanıb, Şəhidin Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Ruhuna dualar oxunub, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs edilib.

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə, ocağında Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan verilib.

Bir daha ruhuna dualar olunub.

Şəhidin anası, iki övladını və həyat yoldaşını itirmiş Zərqələm Kazımova isə öz növbəsində hər kəsə, ziyarət və mərasim iştirakçılarına belə bir gündə onu-onları tək buraxmadıqları üçün minnətdarlığını ifadə edib.

Övladı, Şəhidi ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı tədbirdə Şəhidin ailə üzvləri, yaxınları, Goranboy Naftalanlı Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

12:35

***

FOTOLAR:

13:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sıxlıq olan yollar-BAKIDA…

Read Next

“Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir