“Avro-2020”: DANİMARKANIN ARDINCA İNGİLTƏRƏ DƏ YARIMFİNALDA…- YENİLƏNİB – (9)

Bu gün futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə yekun vurulur.

Etikxeber.az xəbər verir ki, günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında keçiriləcək.

Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Danimarka millisi səkkizdəbir finalda Uelsi (4:0), Çexiya seçməsi isə turnirin favoritlərindən sayılan Niderlandı mübarizədən kənarlaşdırıb – 2:0.

Günün və mərhələnin sonuncu qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı (2:0), Ukrayna isə İsveçi üstələyib – 2:1.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaqlar.

“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək.

Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək.

Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları qarşılaşacaqlar.

18:59

***

Qarşılaşma başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

20:02

***

Oyunda hesab açılıb.

Qarşılaşmanın beşinci dəqiqəsində Danimarka millisi hesabı açaraq, 1:0 önə çıxıb.

20:06

***

Danimarka millisi 42-ci dəqiqədə yenidən önə çıxıb.

Hesab 2:0 Danimarka millisinin xeyrinədir.

20:44

***

Çexlər oyunun 49-cu dəqiqəsində fərqi azalda biliblər.

Hesab 1:2 olub.

21:10

***

Qarşılaşma 2:1 Danimarkanın xeyrinə başa çatıb.

Beləliklə, Danimarka yarımfinala adlayan 3-cü milli olub.

21:56

***

Günün və mərhələnin sonuncu oyunu, İngiltərə-Ukrayna qarşılaşması başlayıb.

Hesab hələlik 0:0-dır.

23:01

***

Oyunun 4-cü dəqiqəsində hesab açılıb.

İngilislər 1:0 önə çıxıblar.

23:06, 3 iyul

***

Oyunda hesab yenidən artıb.

İngilislər ikinci hissənin əvvəlində daha iki qol vuraraq, hesabı 3:0-a çatdırıblar.

00:13

***

Oyunda hesab yenidən artıb.

İngilislər 4-cü qolu vuraraq, hesabı 4:0-a çatdırıblar.

Oyun başa çatmasa da, İngiltərə yığması artıq yarımfinala adlayıb.

00:27

***

Oyun 4:0 hesabı ilə başa çatıb.

İngilislər yarımfinala yüksəliblər.

Etikxeber.az

Read Previous

“Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib”-XİN

Read Next

24 yaşlı, ailənin iki övladından biri-Şəhid Vüsal Həsənov və ya ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ANALARI VƏ SƏBAİL YAP-ÇILARI BU DƏFƏ ŞABRANDA, ZEYVƏDƏ GÖRÜŞDÜLƏR… – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir