UEFA Avropa Liqasının birinci turuna yekun vurulub.
Etikxeber.az xəbər verir ki, İtaliyanın “Milan” klubu səfərdə Lüksemburqun “Dudelang” komandasının qonağı olub.
Birinci hissədə hesab açılmasa da milanlılar qarşılaşmanın 59-cu dəqiqəsində Qonsalo Hiquayinın qolu ilə səfərdə minimal hesabla qələbə qazanıb.
İngiltərənin “Çelsi” komandası da səfərdə Yunanıstanın PAOK klubunu 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu matçın 7-ci dəqiqəsində braziliyalı Vilyam vurub.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
AEK – “Cürix” – 0:1
“Ludaqorec” – “Bayer Leverkuzen” -2:3
“Seltik” – “Rosenborg” -1:0
“Leypzig” – “Zalsburq” – 2:3
“Kopenhagen” – “Zenit” – 1:1
“Slaviya Praqa” – “Bordo” – 1:0
“Dinamo Zaqreb” – “Fənərbaxça” – 4:1
“Spartak Trnava” – “Anderlext” – 1:0
“Arsenal” – “Vorskla” – 4:2
“Olimpiakos” – “Real Betis” – 0:0
“Rapid” – “Spartak Moskva” – 2:0
“Vilyareal” – “Qlazqo Reyncers” – 2:2
“Lazio” – “Apallon Limassol” – 2:0
“Marsel” – “Ayntraxt” – 1:2
“Beşiktaş” – “Sarpsborg” – 3:1
“Genk” – “Malmö” – 2:0
“Akhisarspor” – “Krasnodar” – 0:1
“Sevilya” – “Standart” – 5:1
“Dinamo Kiyev” – “Astana” – 2:2
“Renn” – “Yabloneç” – 2:1
“Vidi” – BATE – 0:2.
Etikxeber.az