Avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb – Statistika Komitəsi

Bu ilin yanvar-oktyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 41356,4 min ton olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, yüklərin 25984,9 min tonu və ya 62,8 faizi avtomobil nəqliyyatı, 11456,4 min tonu və ya 27,7 faizi dəmir yolu nəqliyyatı, 3915,1 min tonu və ya 9,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,9 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 12,7 faiz və 27,1 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 6171,2 min tonunu tranzit yüklər təşkil edib. Dəhliz vasitəsilə 280,7 milyon sərnişin daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artıb.

Etikxeber.az

Read Previous

Azərbaycanın rəqibləri İrlandiya, Ukrayna və Bolqarıstan yığmaları oldu

Read Next

Xətai və Suraxanı rayonları üzrə səyyar qəbul keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir