Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verilib.
Etikxeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.
Etikxeber.az