Avtoqəzada xəsarət alan 5 nəfərdən biri öldü…

Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Astara rayonu, Şuvi kənd sakini, 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədovu xilas etmək mümkün olmayıb.

Ağır kəllə-beyin travması alan şəxs gecə saatlarında vəfat edib.

Qeyd edək ki, hadisə Kijəbə  qəsəbəsi ərazisində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi  “VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Onlardan 4-ü Astara, biri isə Lənkəran Mərkəzi Rayon xəstəxanalarına yerləşdirilib.

Etikxeber.az

Read Previous

“Azəriqaz” qışın bu çağında yenə də bəzi bölgələri qazsız qoyur…

Read Next

Quldurluq etməkdə şübhəli bilinən şəxs tutuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir