Axundova Mərdəliyevlə-ƏVƏZLƏNDİ – YENİLƏNİB

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidentin digər Sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB – (2)

Read Next

“İki ildən çoxdur şəkilləri ilə təsəlli tapmağa çalışıram…”-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, GİZİR, AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN LACIN RASİM OĞLU ALIYEVİN ANASI MƏLAHƏT CAVADOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir