Azərbaycanda 257 piyadanı maşın vuraraq öldürüb – Dövlət Yol Polisi İdarəsi

Bu ilin 10 ayında Azərbaycanda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Etikxeber.az-a verilən məlumata görə, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində qeydə alınan 1677 yol-nəqliyyat hadisəsindən 41,8%-ni (702) piyadaların vurulması təşkil edib. Nəticədə 257 piyada ölüb, 516 nəfər xəsarət alıb.

Qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfərsə xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 14, xəsarət alanların sayı isə 8 nəfər azalıb.

 Etikxeber.az

Read Previous

Düşmən sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub

Read Next

Yeni prezident kimdir? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir