Azərbaycanlı futbol hakimi, FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyuna təyinat alıb.
Etikxeber.az xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının “I” qrupunda noyabrın 24-də keçiriləcək “Şalke 04” (Almaniya) – “Nice” (Fransa) oyununu idarə edəcək.
Referiya Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaqlar.
Etikxeber.az