“Azərbaycan dünyanın əsas tolerantlıq və mutlikulturalizm mərkəzlərindən birinə çevrilib”-MİLLƏT VƏKİLİ

Azərbaycanda dinə qayğı və diqqət ən yüksək səviyyədədir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı hər zaman yüksək olub. Biz Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin davamlı olaraq məscidləri ziyarət etdiklərinin şahidi oluruq.

Onun sözlərinə görə, bu, özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. Bu gün Ağdamda, Şuşada, Zəngilanda bilavasitə cənab Prezidentin və Mehriban xanımın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları inşa, təmir və bərpa olunur.

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa və Şərqi Zəngəzura bütün səfərlərində məscidlərə gedərək orada dualar edirlər. Hətta özləri ilə bərabər apardıqları Quranı da məscidlərə hədiyyə edirlər.

Eyni zamanda bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fond işğaldan azad olunmuş ərazilərdə məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirilir, Şuşa və Zəngilan məscidləri Fond tərəfindən təmir və bərpa olunur.

Eyni zamanda bu işlər Şuşada və digər ərazilərdə gedir. Həmçinin, Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda bu işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük.

Son illər Bakıda Bibiheybət, Təzə Pir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib. Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir. Bu yerlər Azərbaycanda İslam dünyasının gözəl, füsunkar ibadət yerlərindən birinə çevrilib və elə təqdim edilir.

Eyni zamanda, Prezident İlham Əliyevin din sahəsinə böyük diqqət və qayğısının göstəricisi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. Prezident İlham Əliyev bir müddət bundan əvvəl İnstitutun yeni binasının açılışında iştirak etdi.

Bu gün bu İnstitut bölgənin aparıcı ali dini təhsil müəssisələrindən birinə çevrilib, yeni bina ilə təmin olunub. Bu gün Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atır.

Onu da qeyd edək ki, Azərbaycanda təkcə müsəlman dini abidələrinə deyil, digər dinlərin də dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir.

Qeyd olunanlara əsasən tam əminliklə söyləyə bilərik ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və mutlikulturalizm mərkəzlərindən birinə çevrilib”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

“İşğal olunmuş torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb”-SAHİBƏ QAFAROVA – FOTO

Read Next

MM-in 22 iyunda keçiriləcək iclasında 20 məsələ müzakirə olunacaq-İCLASDA BİR SIRA NAZİRLƏRİN DƏ İŞTİRAKI GÖZLƏNİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir