Azərbaycan Ordusunun hərbçisi avtomobil qəzasında həlak oldu-MN MƏLUMAT YAYDI

Martın 3-d hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Vüsal Vüqar oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, V. Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Etikxeber.az

Read Previous

“Müharibə zamanı hər bir addımımızı vicdanımızla, qəlbimizin hökmü ilə atmışıq, heç nə güdməmişik, amma bizim də mənəvi dəstəyə ehtiyacımız var”-TƏRTƏRDƏN OLAN BİR QRUP ŞƏXS DÖVLƏT RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Read Next

Ailənin 3 övladından biri, subay, Gizir, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı-ELVİN CƏFƏRZADƏNİN ŞƏHİDLİK HAQQI TANINACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir