Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb-MÜDAFİƏ NAZİRLİYİ

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Etikxeber.az

Read Previous

“Putin Ermənistanı əlində saxlamaqla yanaşı Türkiyə və Azərbaycanla əməkdaşlıqdan qopmaq da istəmir”-POLİTOLOQ

Read Next

“Avro-2020”nin yarımfinal mərhələsinin ilk oyunu: İTALİYA-İSPANİYA – 4:2 – İTALİYA İLK FİNALÇI OLDU – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir